Xatun Fatimənin yalan danışdığını sübut etdi FOTO

Müğənni Xatun Əliyeva rəqqasə Fatimə Fətəliyevanın mətbuata yalan danışdığını üzə çıxarıb. SİA-nın məlumatına görə, Xatun məhkəmə qərarının şəklini "İnstagram" səhifəsində Fatimənin ona qarşı qaldırdığı iddianın rədd edildiyini sübut edib.

İfaçı fotonun altına bu sözləri yazıb: "Dünən Fatimə Fətəliyeva kütləvi informasiya vasitələri ilə bildirib ki, guya mən ondan üzr istəməliyəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, Fatimənin dedikləri ağ yalan və uydurmadır. Hesab edirəm ki, məni sevən və sevməyən tamaşaçılara belə dezinformasiyalar verib onları aldatmaq olmaz!!! Mən hər zaman doğruları söyləyirəm və bugün də sizə reallığı təqdim edirəm".

Qeyd edək ki, Xatun Fatiməni qohumunun toyuna dəvət edib, amma onlar məbləğdə razılaşmayıblar. Sənətçilər arasında bundan sonra qalmaqal başlayıb. Rəqqasə müğənnini məhkəməyə verib. Fətəliyeva bildirib ki, onu məbləğ maraqlandırmır, şərti Xatunun efir vasitəsilə ondan üzr istəməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə