Hacı Nuran: "Stressdən xəstəlik tapdım"

Aparıcı Hacı Nuran Hüseynov dünyasını dəyişən anası haqda danışıb. SİA-nın məlumatına görə, aparıcı anasının xəstəlikdən vəfat etdiyini bildirib: "İnsan gəldiyi və getdiyi günü də sevməlidir. Bir neçə il öncə anam uzun sürən xərçəng xəstəliyindən sonra həyatı tərk etdi. Mən həmin an tək qaldım. Hələ də bu ayrılığın sonuna tələsirəm. Sonra da fikirdən, stressdən özüm də xəstəlik tapdım. Allaha şükürlər olsun, mən müalicə olunuram. Amma anamı nə qədər də müalicə etsək xilas edə bilmədik. Ana haqqında nə yazilsa azdır. Kaş ki, tarixi geri çəkmək gücüm olaydı. Sevimli anam, rahat yat. Səndən bir də olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə