Vüsalə: "6 yaşlı qara qız çox əziyyət çəkib" FOTO

Aparıcı Vüsalə Əlizadə illər öncəyə geri dönüb. SİA-nın məlumatına görə, ifaçı "İnstagram" səhifəsində arxiv fotosunu yayımlayaraq, bu sözləri yazıb: "Hərdən bu balaca qız üçün çox darıxıram, təkliyə çəkilib onunla söhbət edirəm. O vaxtdan bu vaxta nələr dəyişdi, hansı arzuları çin oldu, harda oxu daşa dəydi, kimləri və nələri qazandı, kimləri və nələri itirdi... Niyə bu uşaqla dərdləşirəm? Çünki arzularının çiçəkləndiyi yaşdadır, çox saf, günahsız və qayğısızdır, məni məndən yaxşı tanıyır, unutduqlarımı o mənə xatırladır, mənim mən olmağımda o qara qızın çox əziyyəti olub. Uğurlarıma sevinib, kədərimə üzülən ağ-qara rənglərdən ibarət bir içimdə keçmiş var. Qarşımda 6 yaşlı qara qıza verdiyim bir sözü tutmaq iddiası var. Sən ey uşaqlıq, artıq bizdən uzaq düşdün. De, seni kimlər apardı? Yad, soyuq əllər apardı... Bu gün uşaq olmaq istədim".

Bütün xəbərlər Facebook səhifəmizdə