Müğənni Ramal İsrafilovla həmkarı Niyam Salami arasındakı qalmaqal səngimək bilmir. SİA-nın məlumatına görə, verilişlərin birində qonaq olan Niyam ötən veriliş Ramalın onun haqda dediklərinə cavabı gecikməyib. Niyam həmkarını təkbətək görüşə çağırıb: "Hamı bilir, kim kimdir. İnsana cavabı üzbəüz deyirəm, efirlə yox. Efirlə söz deyən ən gücsüz adamlardır. Mənə kim nə demək istəyir, üzümə desin. Mən kasıb ailədə böyümüşəm, amma mədəniyyət görmüşəm. Efirdə aqressiyamı göstərə bilmərəm. Hər kəs öz mədəniyyəti ilə danışır. Kiminsə qapısından keçirsən, qapısında it bağlayıb. İt hürürsə, sən ona qışqıraraq cavab verməməlisən".

Qeyd edək ki, ötən proqram kamera önünə keçən Ramal Niyamla bağlı suala əsəbiləşərək əvvəlcə tüpürüb, daha sonra isə "Qatlayıb atmışıq baqaja. Bu xəmir hələ çox su aparacaq", - sözlərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə