"Xatun məndən efirdə üzr istəməlidir"

Rəqqasə Fatimə Fətəliyevaya aparıcı Elgiz Əkbərin verilişində qonaq olub. SİA-nın məlumatına görə, aparıcı müğənni Xatun Əliyeva haqda sual ünvanlayıb. Rəqqasə proqramında Xatunla bağlı eşitdiklərinə əsəbiləşib və bildirib ki, bu haqda danışmağa ona qadağa qoyulub: "Mənə vəkilim Xatun haqda danışmağa icazə vermir. Neçə aydır məhkəmə davam edir. Mənə məbləğ maraqlı deyil, pul düşünmürəm. Şərtim odur ki, məndən efirdə üzr istəməlidir. Şəxsiyyətimə toxunulub, çətin məsələdir. Məhkəmələrə getməyi özümə yaraşdırmıram. Amma etməliydim. Məhkəmə var deyə, indi mənim ünvanıma bir kəlmə demir. Heç işçilərimi də hədələmir. Halbuki əvvəl ətrafımdakıları hədələyirdi".

Qeyd edək ki, Xatunla Fatimə bir vaxtlar birlikdə xınalara gedirdi. Müğənni Fatiməni qohumunun toyuna dəvət edib, amma onlar məbləğdə razılaşmayıblar. Sənətçilər arasında qalmaqal bundan sonra başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə