Kənan M.M. ailəsi ilə Türkiyəyə gedir

"Savaşçı" serialına çəkilən rejissor-aktyor Kənan M.M. ailəsi ilə birgə Türkiyəyə köçür. SİA-nın məlumatına görə, bu haqda prodüser-aparıcı Tarix Əliyev (Tolik) idarə etdiyi verilişində deyib.

Tolikin "Kənan bu dəfə ailəsini də özü ilə birlikdə aparır. Uşaqların məktəbi necə olacaq? Onlar nənələri ilə birlikdə qalacaq" sualına rejissor belə cavab verib: "Bu mövzu haqda danışmaq istəmirəm. Azərbaycana aidəm. Çəkiliş olmayan günlər Bakıya gəlirəm. Türkiyədə çəkiliş heyətinin hesabına yaşayırıq".

Tolik daha sonra "Aygün Ebru Gündeşin bir layihəsində yer alacaq. Ona görə də Türkiyədə qalmalıdır" sözlərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə