"Saramın üzünü heç vax göstərməyəcəm"

Meyxanaçı Namiq Qaraçuxurlu verilişlərin birində 3 yaşlı qızı Saradan danışıb. SİA-nın məlumatına görə, sənətçi bildirib ki, övladının üzünü heç vaxt göstərməyəcək: "Başqaları uşaqlarının fotosunu "İnstagram"da paylaşır. Mən isə heç vaxt qızımın üzünü göstərməyəcəm".

Meyxanaçı xarici ölkədə olan qızı üçün darıxdığını bidirib: "Azərbaycandan kənarda olanda övladıma paltar almıram. Çünki almaq işinə mən baxmıram. Əlbəttə ki, xaricdə olanda onu düşünürəm. Övlad elə bir varlıqdır ki, mən onun üçün düşünmədən canımı da verərəm. İndi 3 yaşı var".

Bütün xəbərlər Facebook səhifəmizdə