"Atam öləndə Allahdan küsdüm" VİDEO

Müğənni Dilarə Kazımova illər öncəyə dönüb. SİA-nın məlumatına görə, ifaçı uşaqlıq xatirələrindən danışaraq, həmin illərdə böyük şok yaşadığını açıqlayıb: “12 yaşım olarkən atam rəhmətə gedib. Bu mənim üçün böyük şok idi. Çünki mən onu çox istəyirdim. O dünyasını dəyişəndən sonra özümü itirdim. Mən Allaha çox inanırdım. Nənəm mənə “Ayətül-kürsü” duasını öyrətmişdi. Atam öləndə Allahdan küsdüm. Çünki anlamırdım niyə sevdiyim adamı məndən aldı. 17 yaşıma qədər özümü normal insan kimi tapa bilmirdim. Bu, mənim üçün çox kədərli idi. Bir neçə il qəbristanlığa getdim. Hətta ora mənim ən sevimli yerim idi. Fikirləşirdim ki, bütün dünya məni anlamır, təkcə o məni başa düşür. Uşaqlıqda düşündüklərim tamamilə dəyişdi”.

Bütün xəbərlər Facebook səhifəmizdə