Toliklə Sevil və Sevinc bacıları küsülülüyə son qoydu VİDEO

Şou-biznesdə daha bir barışığa imza atılıb. SİA-nın məlumatına görə, əkizlər Sevil və Sevinc Səfərovalarla prodüser-aparıcı Tarix Əliyev arasındakı küsülülüyə son qoyublar.

Bacılar 9 aydan sonra yenidən "Hər şey daxil" verilişinə qonaq olublar. Onlar barışdıqlarını efirdə deyiblər: "Bilmirəm təqdimatınızı necə etdim, ilk dəfədir verilişimdəsiniz. Natavanla 2 il məhkəmələrə getdim. Kimlər zəng etmədi ki, barışın. Özüm istəyəndə barışdım. Sevinclə biz barışanda, görüşəndə heç kimin xəbəri olmadı. Əsas odur ki, mən ürəkdən barışmağı istəyim".

Əkizlər veriliş üçün darıxdıqlarını deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə