Amaliya Pənahova ərinin yanında dəfn ediləcək

Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova dünyasını dəyişib. SİA-nın məlumatına görə, hazırda mərhumun nəşi Təzəpir məscidinə aparılıb. Sabah isə saat 12:00-da A.Pənahova ilə vida mərasimi keçiriləcək.

Akademik Milli Dram Teatrında keçiriləcək mərasimdən sonra mərhum aktrisa "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək. Yaxınları bildirib ki, bu, aktrisanın öz vəsiyyətidir. O, həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn olunmasını istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə