Acun “azərbaycanlı” uşaqları axtarır VİDEO

"TV8"in sahibi, aparıcı və prodüser Acun İlıcalı "İnstagram"da yeni video paylaşıb. SİA-nın məlumatına görə, görüntülərdə “O səs Türkiyə” proqramını təqlid edən uşaqlar yer alır. Türkiyədəki kəndlərdən birində çəkilən videoda maraqlı məqam isə gənc qızın verilişə “Azərbaycandan qatılıram" sözlərini deməsi olub. Görüntülər İlıcalının da diqqətini çəkib.

O, videonu paylaşaraq “İlk işim sizi tapmaq olacaq” başlığını yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...