Kamil:"Gülay məni izləyəndə də onu izləmirdim"

Bir müddətdir müğənni Gülay Zeynallı ilə boşanma xəbəri yayılan fitnes məşqçisi Kamil Zeynallı açıqlama verib.
SİA-nın məlumatına görə, efirdə proqramların birinə danışan Kamil evlilik həyatının davam etdiyini bildirib. "İnstagram"da nə üçün Gülayla bir-birini izləmədiklərinə aydınlıq gətirən məşqçi, nəinki həyat yoldaşını, heç kimi izləmədiyini deyib:“Ailə vəziyyətim əladır, heç olmadığı kimi. Həyatımızı İnstaqram üzərində qurmamışıq ki... Mən özüm heç kimi izləmirəm, sıfır olub. Gülay məni izləyəndə də onu izləmirdim. Onun dəxli yoxdur axı. Heçnə İnstaqramla ölçülmür.

Şükür hər şey qaydasındadır. Həyatımızı yaşayırıq, qızımız dərsə gedib gəlir. Səhər aparıram, axşam götürürəm. Dedi-qodu həmişə olub”.

Qeyd edək ki, Kamil və Gülay 8 ildir ailəlidir. Onların bu evlilikdən Sahilə adlı bir qız övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə