Aparıcı: ""Xəstəliyim özünü göstərməyə başlayır"

Xərçəngdən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova yenidən xəstəxanaya yerləşdirilib. SİA-nın məlumatına görə, bu haqda aparıcının özü xəbər verib: "Xəstəliyim çox qısqancdır. Görəndə ki, işimdə-gücümdəyəm, əzizlərimin əhatəsindəyəm və bunu heç saymıram, özünü göstərməyə başlıyır. Deyir, mən də varam, mənə vaxt ayır. Məcburən dünənimi onunla keçirdim.

İndi isə evə gedirəm və yenə də əzizlərim, sizinləyəm. Həmişəki kimi sizin sabahınızı bax bele gülər üzlə salamlayıram. Şükür Allaha ki, bizə gözəl günlər nəsib edir".

Qeyd edək ki, İlqar Mikayıloğlunun həyat yoldaşı olan Zülfiyyə mədə xərçəngindən əziyyət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...