Coşqun Rəhimov: "Könül Kərimovadan neqativ enerji alıram" VİDEO

“Bu Şəhərdə” komandasının üzvləri ssenarist Müşviq Abbasov və əməkdar artistlər Coşqun Rəhimovla Rafael İsgəndərov verilişlərin birində qonaq olublar. SİA-nın məlumatına görə, Coşqun Rəhimov parodiya edərkən ən çox neqativ enerji aldığı məşhurdan danışıb: “Könül Kərimova eşidəndə ki, biz onu parodiya edəcəyik, zəng elətdirdi, Cabbar müəllimi göndərdi. Bizdən xahiş etdi ki, xətirə dəyən bir şey olmasın, Könül xanım özünü pis hiss edir. Biz and-aman etdik ki, neqativ bir şey yoxdur. Könül xanımın həm sənətinə, həm də özünə böyük hörmətimiz var. Sadəcə bu toy adamı olduğuna və yerinə düşdüyünə, özünü Şakira ilə müqayisə etdiyinə görə, maqazin verilişlərində çox populyar idi.

Güc-bəla konsertə də gəldi, oturdu. Makiyajsız, şubada, eynək də gözündə gəldi ki, onu tanımasınlar. Obrazına baxırdı, əsirdi. Onu parodiya edən aktyor, yəni mən, onun reaksiyasına baxıb, oynamaq istəyir. O qədər negativ enerji verdi ki, obraz alınmadı”.

Bütün xəbərlər Facebook səhifəmizdə