“Eurovision" təmsilçisi vəfat etdi VİDEO

Latviyanı “Eurovision 2005” mahnı müsabiqəsində təmsil edən müğənni Valter Fridenberqs vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ifaçının ölümünə səbəb onun uzun müddətdir xəstə olmasıdır.

30 yaşlı Valter xərçəngdən əziyyət çəkirmiş. Son günlər isə onun halı pisləşib və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Valter "Eurovision"da Kaca ilə birlikdə "The War Is Not Over" adlı mahnını səsləndirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə