Cavanşir Məmmədov Orxanın dələduzluğundan danışdı VİDEO

Verilişlərin birində qonaq olan əməkdar artist Cavanşir Məmmədov mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü hazırda həbsdə olan Orxan Nadirovdan danışıb. SİA-nın məlumatına görə, müğənni Orxanın dələduzluğundan bəhs edib: "İlhamə Quliyeva üçün mebel alanda 17 min endirim etdirdik. Özü incidi getdi ki, qiyməti baha idi. Türklər idi, tanımırdılar. Getdim onların yanına. Videomaterial apardım ki, o, çox böyük sənətçidir. Pul qazanan adam deyil, toylara getmir. Orxan ev alanda 350 minə danışmışdı. Evi mən tapmışdım. Həmin gecə toyda idim, evə baxdılar. İlhamə xanım dedi ki, toydan çıxanda mənə zəng et. Dedim, Firuzə xanımla yol gəlirik. Dedi, evi 350 minə satırlar. Həmin vaxt İ.Quliyevanın 200 mini məndə idi, saxlamağa vermişdi. Bankda inflyasiyadan qorxdu, mənə verdi. 150 min də özündə idi. Dedi, pul çatır, elə 350 minə alarıq. Dedim, darıxma evin sahibini tapaq.

Getdim evin sahibini tapdım. Dedi, 350-yə deyirlər, amma aşağı etmək olar. Orxanla makler dedi ki, ev həll olub. Mən də İlhamə xanıma dedim ki, gözünüz məndə olsun, evin sahibi ilə danışmışam. Makler məni çəkdi kənara, arxasınca da Orxan gəldi. Dedi ki, ortada 30 min pul var, adama 10 min bölərik. Dedim, o pulu necə bölsəz özünüz bilərsiz. Amma o sizə çatmayacaq, mənə də lazım deyil. Orxana dedim ki, sən necə gedirsən bu işə? Dedi, mən yox, makler gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə