"Jara 2019"un hazırlıqları başlanıb

2019-cu ilin yayında Bakıda yenidən "Jara" beynəlxalq musiqi festivalı keçiriləcək. SİA-nın məlumatına görə, artıq festivalın hazırlıqlarına başlanılıb. Bu haqda tədbirin təşkilatçılarından olan Sergey Kojevnikov xəbər yayıb.

O, xalq artisti Emin Ağalarov və Qriqoriy Lepslə görüntüsünü paylaşaraq "Sizin üçün yeni "Jara" hazırlayırıq" sözlərini yazıb.

Qeyd edək ki, ötən yay baş tutan festival zamanı Emin "Jara 2019"un bir həftə davam etməsi haqda fikirləşdiklərini demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə