Roza: "Röya tez böyüdü, ulduz oldu" VİDEO

Müğənni Roza Zərgərli əməkdar artist Röya Ayxan haqda danışıb. SİA-nın məlumatına görə, ifaçı illər öncə Röya ilə rəfiqə olduğunu deyib: "Röya ilə çox yaxın rəfiqə olmuşuq. Bir yerdə çörək kəsmişik. Mən onu keçən ilə kimi qınayırdım. Deyirdim ki, tez böyüdü, ulduz oldu. Bu sözləri efirdə yox, dostlarımızın yanında danışırdım. Amma "Maşın" şoudan sonra anladım ki, Röya elə düz edib, ulduz olub və bir çox müğənnilərdən uzaqlaşıb. Çünki biz sənətçilər yaradıcılığımızda uğurlara doğru imza atdıqca ən yaxın dostlarımız düşmənə çevrilir. Ona görə də 6 ildir heç kimi ərtafıma buraxmıram".

Bütün xəbərlər Facebook səhifəmizdə