Mehriban: "Elariz dərdimdən ölürdü" VİDEO

Müğənni Elariz Məmmədoğlu verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, proqramın aparıcısı, əməkdar artist Mehriban Xanlarova, ifaçı haqda gözlənilməz açıqlama verib: "Özünü elə sakit aparır ki, lap ürəyim ağrıdı. Elə bil ki, universitet illərində mənə eşq-məhəbbət oxuyan bu deyildi. Dərdimdən ölürdü. Sevgi olub. Mən bunu yalan demədim. Amma getmədim, bəyənmədim...”.

Elariz Məmmədoğlu isə Mehriban Xanlarovaya belə cavab verib: “Əsas odur ki, peşman olmusan, üz-gözündən bilinir. Ev-eşik daş-divardır. Mən daş-divar deyiləm axı...”

Bütün xəbərlər Facebook səhifəmizdə