Arda Turana Berkaya görə bu cəza verildi

Müğənni Berkayın burnunu sındıran futbolçu Arda Turanın cəzası açıqlanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, “Başakşehir” futbol klubu Ardaya 2 milyon 500 min türk lirəsi (Təxminən 735 min AZN) pul cəzası verib.

“İdarə heyətimiz 15.10.2018 tarixində 19:30-da toplanıb və Arda Turan haqda bu qərarı qəbul etmişik:
Milli komandanın oyunları səbəbi ilə 3 günlük icazə zamanı futbolçumuzun etdiyi iddia edilən və mediada yazılanların klubla etik və professional cəhətdən heç bir əlaqəsi olmadığını bildirmək istəyirik. Ona 2 milyon 500 min pul cəzası verdik. Futbolçunun peşə öhdəliyinin məhkəmə qərarı açıqlanana qədər davam edəcəyini ictimaiyyətə bildiririk”.

Bütün xəbərlər Facebook səhifəmizdə