Pərvin Abıyeva: "Oğlanlar tərəfindən çətin əldə olunan insanam"

Aktrisa Pərvin Abıyeva özü haqda etiraflar edib. SİA-nın məlumatına görə, aktrisa onu sevənləri süründürdüyünü bildirib: "Oğlanlar tərəfindən çox çətin əldə olunan insanam. Məni sevəni arxamca süründürərəm. Bəyəndiyim kəsi uzun müddətdən süründürdükdən sonra özüm həmin şəxsin arxasınca düşürəm (gülür). Sevdiyim şəxsə onu çox sevdiyimi biruzə verirəm. Bu özümdə heç bəyənmədiyim xasiyyətdir. Çünki adam gərək qarşı tərəfə sevdiyini bildirməsin. Onu da qeyd edim ki, sevən insan qısqanar. Mən şəxsən sevdiyim insanı heç kəslə paylaşa bilmərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...