Natavan: "Sevginizə əziyyət vermədən sahib olmağı seçin" VİDEO

Müğənni Natavan Həbibi “Qısqana-qısqana” adlı yeni klipini təqdim edib. SİA-nın məlumatına görə, ifaçı yeni işi haqda bu sözləri deyib: "Sevginin nə qədər gözəl, sevib və sevilməyin nə dərəcədə isti bir hiss olduğunu hər birimiz bilirik. Təəssüflər olsun ki, elə sevgilər var ki, onlar imkansızdır... Təqdim etdiyimiz klipdə də biz imkansız sevgidən bəhs etdik. Baş qəhrəmanın günlərin bir günü Su Pərisi ilə qarşılaşması və ona aşiq olmasını lentə aldıq. Özünüzün də izlədiyiniz kimi bu imkansız sevgi yolunda qəhrəmanımızın mübarizə aparması və sevgisi uğrunda savaşması heç nəyi dəyişdirmirdi. Təbii ki, zaman öz amansızlığından bu hekayədə də yan keçmədi. İllər ötdükdən sonra qəhrəmanımız taleyi ilə barışıb bu sevginin heç bir zaman reallaşmayacağını anlayıb Su Pərisini azadlığa, onu ilk qarşılaşdığı yerə buraxıb , oradan xoş xatirələr ilə ayrılmağı seçir. Sevginizə əziyyət vermədən sahib olmağı seçin. Düzgün qərar hər zaman xoş olmaya bilər amma doğrudan qaçmaq mümkün deyil”.

Qeyd edək ki, bəstənin musiqisi Fərid Kərimliyə, sözləri Orxan Mürvətliyə, aranjimanı isə Xalis Xana aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...