Daha bir müğənni Məşhədi oldu VİDEO

Əməkdar artist Səlim Abbasov Məşhədə yollanıb. SİA-nın məlumatına görə, o, ziyarətə xalq artisti Natiq Şirinov ilə birgə yollanıb. Ziyarətgahdan video paylaşan sənətçi bu şərhi yazıb: “İmam Rzanın hərəmini ziyarət edib, “məşhəd”i adını qazanmaq mənə də qismət oldu. Allah sizlərə qismət eləsin. Sizlər üçün dualar etdim. İnanın ki, İmam Rzanın hərəmini qucaqlayıb, göz yaşı tökmək hər insana nəsib olmur. Allah xəstələrin şəfasını versin. Xalq artisti Natiq Şirinov, əziz insan, mənə bu gözəl hissləri yaşatdığın üçün çox sağ ol”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...