İki məşhur xanım çağırış etdilər VİDEO+FOTOLAR

Müğənni Günay İbrahimli və tanınmış məşqçi Səbinə Məhərrəmova ilə fotokamera önünə keçib. SİA-nın məlumatına görə, məşhur simalar iki fərqli xanım obrazını canlandırıblar. Səbinə və Günay əvvəlcə şəkillərdə iş xanımlarına, daha sonra fitnesslə məşğul olaraq insanlara idmanla bağlı çağırış ediblər.

“Məşqin bəhanəsi yoxdur” devizi ilə lentə alınan şəkillərdə xanımlar idman hərəkətləri də nümayiş etdiriblər.

İfaçı layihə haqda bu sözləri deyib: "2011-ci ildən fasilələrlə idmana getmişəm. Sevgim az idi, tənbəllik edirdim. Səbinə xanımın 8 aydır ki, tələbəsiyəm. Artıq fitness həyatımın bir tərzinə çevrilib. Onun sayəsində idmanı çox sevirəm. İdmanın vaxtı, məkanı yoxdur. Həm də fitness bəhanəni sevmir. Bu layihəni ərsəyə gətirilməsində kömək edən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, layihənin prodüseri məşqçi Ceyhun Vəliyevdir. Videonu Hüseyn Qəribov, fotoları Həmid Həmidli çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...