Bir müddətdir İstanbula köçən müğənni Ayan Babakişiyeva yeni avtomobil alıb. SİA-nın məlumatına görə, ifaçı bu haqda sosial şəbəkədə məlumat verib. Belə ki, sənətçi maşınının şəklini paylaşaraq, bu sözləri yazıb: "Axır ki, yeni maşın da öz rənginə qovuşdu. Allah hər kəsə ürəyinə görə versin".

Nəzərinizə çatdıraq ki, sənətçi bundan sonra "Mercedes" markalı avtomobil idarə edəcək.

Qeyd edək ki, bu sənətçinin Türkiyədə aldığı ilk avtomobil deyil. Ayan bundan əvvəl orada özünə "BMW", “Renault" markalı maşınlar alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə