Əməkdar artist Röya Ayxan yeni fotolarını "İnstagram" səhifəsində paylaşıb. SİA-nın məlumatına görə, onun şəkillərdəki köynəyi və boyunbağısı izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri sənətçinin aksesuarının və köynəyinin qiyməti ilə maraqlanıblar.

Araşdırmamız zamanı bəlli olub ki, əməkdar artistin köynəyi "Simonetta Ravizza" markasına aiddir. Qiyməti 487 dollar, təxminən 828 manatdır.

Röyanın boyunbağısı markası "Cartier" markasına aiddir. Qiyməti isə 9250 dollar, təxminən 15725 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...