Tolik Faiqə tac bağışladı VİDEO

Xalq artisti Faiq Ağayev verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, proqramın aparıcısı Tolik (Tarix Əliyev) xalq artistinə “Azərbaycan şou-biznesinin meqastarı” titulunu verib və ona özəl hazırlanmış tacı təqdim edib.

Tolikin bu addımına Faiq Ağayev münasibət bildirib: “Mənim başımın tacı 30 illik səhnə fəaliyyətimdir. Mənim başımın tacı zamanında ölkəmin ən gənc əməkdar və ən gənc xalq artisti fəxri adına sahib olmağımdır. Tolik, sənin hədiyyən isə çox rəmzi, çox özəl bir yanaşma oldu. Evimin ən gözəl guşəsində yerini alacaq”.

Qeyd edək ki, şou-biznesdə bu günə qədər titulu mərhum xalq artisti İlhamə Quliyeva verirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...