Tünzalə: "Mənə yazılan təhqirləri oxumuram" VİDEO

Əməkdar artist Tünzalə Əliyeva verilişlərin birində ona yazılan təhqirlərdən söz açıb. SİA-nın məlumatına görə, ifaçı internetdən istifadə etmədiyini bildirib: "Sentyabrın 13-dən sonra internet işlətmirəm, bağladım. Heç yerə girmirəm, izləmirəm. Nə Arif Quliyevlə bağlı çıxan xəbəri, nə də Xatirə İslamın yazdıqlarını oxumamışam. Arif müəllimə inanıram, etməz. Verilişdən sonra ailəmlə vaxt keçirirəm. Xatirə isə nə deyibsə, sağ olsun”.

Qeyd edək ki, Arif Quliyevin şirkətlərdən Tünzalə üçün pul yığması haqda xəbər yayılmışdı.

X.İslam “Bizimləsən” verilişinə qatılan və ipoteka kreditinə görə pul istəyən T.Əliyeva üçün sənət dostlarından yardım toplayıb. Xatirə daha sonra pulu Tünzalənin səhhəti üçün yığdığnı, ev problemindən xəbərsiz olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...