Nuradan Oksanaya: "Adımı hallandırma"

Müğənni Nura Suri ilə rəqqasə Oksana Rəsulova arasındakı qalmaqal səngimir. SİA-nın məlumatına görə, ifaçı rəqqasə ilə bağlı sosial şəbəkədə daha bir paylaşım edib: "Bu mövzu ilə bağlı məni bir də heç kəs narahat etməsin. Bu insan dediyini danır. Ya sözü deyəndə ad çəkin, ya da boş-boş şübhələrə qapanıb, sübutsuz atmacalar, şər atmayın. Xəbərçi, yalançı, qeybətcil, həyatından narazı, hamını öz uğursuzluğunda günahlandıran, insanlardan istifadə edən kimi xüsusiyyətlərdən zəhləm gedir. Bunları alçaqlıq kimi qəbul edirəm. Belə mövzularda adımı hallandırmayın. Don Corleone olaram, xəbərim olmaz".

Qeyd edək ki, tanınmışlar arasında qalmaqal Oksananın dediyi "Hamiləlik xəbərimi bir müğənni mətbuat katibi vasitəsilə yayıb" sözlərindən sonra başlayıb. oksana daha sonra sözü Nuraya atdığını danıb. Nura isə rəqqasə ilə bağlı qalmaqallı paylaşım edib.

Bütün xəbərlər Facebook səhifəmizdə