Rəqqasə Fatimə Fətəliyevanın başına iş gəlib. SİA-nın məlumatına görə, Fətəliyevanın sahibi olduğu gözəllik salonuna oğru girib. Bu haqda rəqqasənin özü xəbər verərək, oğrunun gizli kamera ilə çəkilən görüntüsünü sosial şəbəkədə yayıb: "Gecə saatlarında ofisim qarət olunub. Görüntülərdə gördüyünüz şəxs salonuma daxil olaraq, mənə böyk ziyan vurub.

Ən əsası iş üçün istifadə etdiyimiz iPad-i oğurlayıb. Orada mənim işlə bağlı bütün materiallarım var idi. Hörmətli dövlət orqanları, sizdən xahiş edirəm, təcili sürətdə bu gördüyünüz oğrunu tapın”.

Bütün xəbərlər Facebook səhifəmizdə