Mələkxanım Nigarı "yıxıb-sürüdü" AÇIQLAMA-VİDEO

Bu gün Əməkdar artist Nigar Şabanova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı Xalq artisti Mələkxanım Əyyubovanın ünvanına xoşagəlməz sözlər deyib. Nigar bildirib ki, fəxri ad alandan sonra bir çox xanəndələr onu təbrik edib. Lakin keçmiş müəllimi onu təbrik etməyib. Nigar ardınca "Mələkxanım Əyyubovdan Vallah heç nə öyrənməmişəm” sözlərini deyib.

Şabanovanın bu sözlərinə qarşı tərəfdən cavab gəlib. Bu haqda SİA açıqlama verən xalq artisti tələbəsini "yıxıb-sürüyüb": "Nigar nə efirdə, nə də başqa yerdə haqqımda heç bir söz deyə bilməz. O, mənim vasitəmlə reklam olunmaq istəyir. Nigar Şabanova qələt edir, başını da daşdan-daşa döyür ki, mənim barəmdə ağzına gələni danışır. Tərbiyəsi olan insan heç vaxt müəlliməsi haqda artıq söz deməz. Əksinə tələbə olan şəxs ömrünün axırına kimi onu öyrədən müəlliməsinə minnətdar olmalıdır. Nigar haqda bundan sonra danışmaq istəmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə