İlkindən Ayselinə: "Sevirsən, xoşbəxtsən" FOTO

Bu gün aparıcı-aktyor İlkin Həsəni üçün özəl gündür. SİA-nın məlumatına görə, aparıcının xanımı Ayselin ad günüdür. İlkin həyat yoldaşı ilə birgə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşaraq, xanımını ad günü münasibətilə təbrik edib: "Bilirsən, xoşbəxtlik səbəbi olmayan yeganə bir duyğudur. Sevirsən - xoşbəxtsən, sevilirsən - xoşbəxtsən, yaşayırsan - xoşbəxtsən. Bilirsən necə gözəl bir hissdir həmxasiyyət olmaq? Bəli, bilirsən! Bilirsən, necə gözəl bir duyğudur, biləndə ki, sən səhv olanda səni başa düşəcək biri var? Sənə dəstək olan, sevən, güvənən, sənə sən qədər yaxın olan biri... Bəli, bu insan sənsən. Ağıllım, doğum günün mübarək. Həll edə bilmədiyimiz cəmi bir problemimiz qalıb, diş məcununu ortadan basıb sıxmaq problemi. Onu da növbəti 26 sentyabra kimi həll etsən, səni daha çox sevəcəm”.

Qeyd edək ki, İlkin və Aysel cütlüyünün Alisa adlı qız övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə