Ağadadaş Ağayevin Səmədə maşın və ev dəyərində hədiyyəsi VİDEO

Xalq artisti Ağadadaş Ağayev həmkarı Səməd Səmədova “Getmə” adlı mahnı hədiyyə edib. Bu barədə SİA-ya S.Səmədov deyib.

O bildirib ki, bu hədiyyə onun üçün çox dəyərlidir: “Tanıyanlar bilir ki, dünya malında gözüm yoxdur. Həyatın hər üzünü görmüş insanam. Mənim üçün göstərilən diqqət daha önəmlidir. Sənət dostum Ağadadaşın bu hədiyyəsi mənə maşın, ev qiymətindən də bahalıdır. Çünki müğənni üçün ən gözəl hədiyyə elə mahnıdır”.

S.Səmədov onu da əlavə edib ki, sözləri Baba Vəziroğluna, aranjemanı Osmana məxsus olan bu bəstəyə klip də çəkdirib: “Düşünürəm ki, mahnıya uyğun ekran işi lentə alınıb. Klipin yaxşı və ya pis olduğunu ekran işi hazır olduqdan sonra tamaşaçılar qiymət verəcək”.

Qeyd edək ki, klipinin rejissoru Arzu Abbasovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə