Tolikin verilişində biyabırçılıq VİDEO

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) verilişində hər kəsi şoka salan hadisə yaşanıb. SİA-nın məlumatına görə, aparıcı “yıxılan ulduz” trendinə qoşulub. O, efirdə qəfildən yerə yıxılıb. Onun bədəni görünüb.

Verilişdə qonaq olan tanınmışlar əvvəlcə Tolikin bu hərəkətinə təəccübləniblər, daha sonra zarafat etdiyini görüb geri çəkiliblər. Bu zaman musiqi ifa edən Niyam Salami də Tolikə qoşulub və yerdə oturub.

Bunu görən Tolik ayağa qalxaraq əvvəl Niyam Salamini yerə uzadıb, sonra ayağından tutaraq, sürüməyə başlayıb.

Verilişdən olan bu görüntülər sosial şəbəkələrdə yayılıb. Onların bu hərəkəti izləyicilər tərəfindən xoş qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri hər iki məşhuru efirə yaraşmayan addım atdıqları üçün qınayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə