Adana Film Festivalı üçün Adanaya gedən aktyor Yakup Yavru açılış mərasimindən sonra infarkt keçirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, açılışdan sonra dincəlmək üçün otağına gedən aktyorun qəfil halı pisləşib. Dərhal xəstəxanaya çatdırılan Yavrunun həyatını həkimlər xilas edə bilməyiblər.

Yakubun cəsədi xəstəxana morquna aparılıb.

Qeyd edək ki, aktyor 4 ay əvvəl 35 min lirə xərcləyərək özünə məzar hazırlatdırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə