Alişan Özcan və Mahsunu yox saydı FOTO

Alişan həyat yoldaşı ilə birlikdə yemək yedikləri balıq restoranın çıxışında jurnalistlərə ayaqüstü açıqlama verib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Mahsun Kırmızıgül və Özcan Denizin barışdığını xatırladan müxbir, sənətçiyə "Siz də bir gün barışmaq istəyərsinizmi?" sualını verib.

"Allah həmişə mehriban etsin. Mən hərbi xidmətdə olduğum zaman onlar məni bir dəfə də olsun axtarmadılar. Həmişə mən onları axtardım, onlar isə məni yox saydılar. Mən də onları "yox" sayıram" deyə, Alişan müxbirin sualına cavab olaraq bildirib.

Qeyd edək ki, keçdiyimiz günlərdə Özcan Deniz və Mahsun Kırmızıgül bu foto vasitəsilə ilə "dostluq mesajı" göndəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə