Saçı ağaran Aygün: "Saç gözəllik deyil" VİDEO

Əməkdar artist Aygün Bəylər verilişlərin birinə qatılıb. SİA-nın məlumatına görə, onun proqram zamanı ağ saçları aparıcını cəlb edib.

Aparıcı ifaçıya saçlarını rəngləməməsinin səbəbini soruşub. Aygün isə cavabında bu sözləri deyib: "Sənətçinin əsl işi sənətlə məşğul olmaqdır. Arzuolunan qədər danışmamaq yaxşıdır. Bu sənətdə saç ağartdıq. Saç ağarmağı normal haldır. Biz xalqımız üçün yarandıq.

Başa düşürəm, gözəllik dünyanı xilas edir. Görüntülü gözəllik sənət adamlarına məxsusdur. Səsi olmasa da, söhbətindən, insanlığından zövq almaq mənim üçün gözəllikdir. Saç, görünüş gözəllik deyil. Qaraltdım, qızartdım, indi də saçlarım ağardı”.

Verilişdən olan bu görüntülər sosial şəbəkələrdə paylaşılıb. Sosial şəbəkə istifadəçiləri əməkdar artin bu sözləri ilə razılaşmayaraq, Aygün Bəylərinin ağ saçlarını ələ salıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...