Müğənni: "Bizneslə də məşğul oluram" AÇIQLAMA

Müğənni Nicat Həsənli yenilik edəcək. Bu haqda SİA-ya açıqlama verən ifaçı yeni mahnı üzərində işlədiyini bildirib: "Bildiyiniz kimi, hazırda Məhərrəmlik ayıdır. Toylar yoxdur. Mən də el şənliklərinin olmamasından yararlanaraq, repertuarımı təzələyirəm. Belə ki, yeni mahnı hazırlayıram. Bəstənin adını hələki açıqlamayacam".

Sənətçi müğənniliklə yanaşı kiçik bizneslə də məşğul olduğunu etiraf edib: "Hər kəsə bəllidir ki, Azərbaycanda müğənnilər toylardan gəlir əldə edirlər. El şənlikləri olmasa ifaçıların maddi baxımından vəziyyətləri pis olar. Ona görə də özümü sığortalamaq üçün müğənniliklə yanaşı kiçik bizneslə də məşğul oluram. Belə ki, mağaza açmışam".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...