ATV-də efirə gedən “Bir axşam” verilişinin aparıcısı yenidən dəyişib. SİA-nın məlumatına görə, proqrama bundan sonra Murad Əzimzadə aparıcılıq edəcək. Məşhurların yarışdığı veriliş sentyabrın 23-də efirə gedəcək.

Qeyd edək ki, “Bir axşam”a bundan əvvəl Azər Axşam aparıcılıq edirdi. Ondan sonra verilişin aparıcılığı Cavid Gülə həvalə olunub.

M.Əzimzadənin isə bundan əvvəl aparıcısı olduğu “ATV kulis” və “Bağ mövsümü” proqramları bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...