Müğənni Xatirə İslamın “Yaşıl Teatr”da konserti baş tutub. SİA-nın məlumatına görə, sənətçi səhnəyə çıxmazdan əvvəl media nümayəndələri ilə görüşüb və sualları cavablandırıb. Xatirə bildirib ki, konserti şəhid Müşviq Orucovun ad gününə həsr edib.

Gecənin aparıcılığı Saleh Bağırova həvalə edilib. Xatirə səhnədə 3 saata yaxın mahnılar ifa edərək, tamaşaçılarla söhbət edib. Gecədə bir çox şou-biznes nümayəndələri ilə yanaşı ifaçının həyat yoldaşı Fəxrəddin bəy də iştirak edib.

Konsertdə Xatirəyə bahalı mikrofon və tac bağışlayıblar.

Tədbirin sonunda isə atəşfəşanlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə