Müğənni Elçin Hüseynovun oğlu Əlinin bir yaşı tamam olub. SİA-nın məlumatına görə, bu barədə ifaçı sosial şəbəkədə məlumat verərək, Əli və digər 3 övladı ilə tort ətrafında çəkilmiş şəklini "İnstagram" səhifəsində paylaşıb: "Allahım, övladlarımıza xeyirli qismətlər, gözəl günlər, hüzur, bərəkət və sağlıq içində bir ömür bəxş et. Onları hər cür pislik və zərəli vərdişlərdən uzaq elə. Əli, səni təbrik edirəm. Bir yaşın mübarək. 100 yaşa. Raya, Röya, Pənah, Eli... Allah bütün balaları saxlasın".
Bütün xəbərlər Facebook səhifəmizdə