Tünzalə: "Qızım üçün yaşamaq istəyirəm" VİDEO

Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktrisa bu xəstəliyinin olmasına səbəb arıqlamaq üçün etdirdiyi əməliyyatlar ucbatından olduğunu etiraf edib: “Bu xəstəlik məndə 5-6 ildir var imiş. Amma son günlər yemədiyim üçün, imunitetim düşdü və xəstəlik irəlilədi. Hər gün yeməliyəm ki, kökəlim. Amma hər gün arıqlayıram. İndi 80 kiloqram olmuşam. Yeyə bilmirəm, mədəm yoxdur. Yumurta, zülal qəbul etməliyəm, olmur. İştah üçün vitaminlər qəbul etməliyəm, o da şişi böyüdür. Çox yeyəndə qaytarıram. Məsələn, bu gün mən bir konfet yemişəm. İmunitetim aşağıdır. Kimyaterapiya da qəbul edə bilmirəm. Hətta həyat yoldaşım deyir ki, gedib süni mədə qoyduraq, arıqlama. Mən hər zaman deyirdim görəsən, nə vaxt çəkim ikirəqəmliyə düşəcək. Arıqlamaq üçün etdirdiyim əməliyyatlara görə çox peşmanam”.

Tünzalə qızı üçü yaşamaq istədiyini dilə gətirib: "Qızım Zəhra balacadır. Onu məktəbə yola salmağı arzulayıram. Amma ömrüm buna yetəcəkmi... Qayınanam mənə çox dəstək olur. Hər dəfə xəstəxanaya gedəndə, qızımı qayınanama əmanət edirəm”.

Göz yaşlarını saxlaya bilməyən T.Əliyeva müayinə üçün xaricə getməyə hazırlaşdığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...