Sevda efiri tərk etməsindən danışdı AÇIQLAMA-VİDEO

Xəbər verdiyimiz kimi, müğənnilər İzzət Bağırov və Sevda Sanəliyeva verilişlərin birində qonaq olublar. Proqramın aparıcısı Elgiz Əkbər, sənətçiləri canlı ifa etmək üçün səhnəyə dəvət edib.

Dəvətin ardından İzzət səhnəyə çıxsa da, Sevda canlı ifa etməkdən imtina edib. O, aparıcı ilə mübahisə edərək, əsəbiləşib və efiri tərk edib.

Sevda Sanaliyeva SİA-ya bu haqda açıqlama verib: "Elgiz Əkbərlə verilişdə mübahisə edib, verilişi tərk etməyimə səbəb təbii ki, canlı oxumamağım olmadı. Elgiz veriliş başlayandan sona qədər mənim ifa etdiyim “Leyli” adlı mahnını tənqid etdi. O, mahnının uğursuz olduğunu dedi. Amma sözügedən bəstəm dinləyicilər tərəfindən çox sevilir. Məni "Leyla" adlı mahnıma görə el şənliklərinə dəvət edirlər. Hətta sevənlərim həmin bəstəni məclislərdə mənimlə birgə ifa edirlər. Proqramda aparıcının bu sözləri mənə xoş gəlmədi və efiri yarımçıq tərk etdim".

Həmin görünüləri təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə