Tarix Əliyev Fatimə ilə qalmaqal yaşayıb

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) rəqqasə Fatimə Fətəliyeva ilə qalmaqal yaşayıb. SİA-nın məlumatına görə, prodüser “Hər şey daxil” verilişinbdə bildirib ki, sənətçi ilə bütün dostluq münasibətini bitirib.

Tolik deyib ki, buna səbəb Fatimənin "Lider"də yayımlana "Xoş gəldin" verilişində həmkarı Mətanət Əsədovanı Sərxan Kərəmoğlu tənqid edərkən müdafiə etməməsi olub: “Fatimədən incidim. Dünən, Fatimə və Namiq Fərhadoğlu Sərxanın verilişdə dediklərinə münasibət bildirmədi. Fatimə, ondan 2 saat əvvəl Mətanəti dəstəkləyirdiniz. Siz o verilişdə aparıcı oldunuz. Fatimədən incidim, dostluğumu dondururam. Nə vaxta kimi o verilişdə aparıcı olacaq, amma söz haqqın olmayacaqsa, mənimlə dostluq etməyəcəksən. Pul verib aparıcılıq etdiyin verilişdə söz haqqın olacaqsa, xanım həmkarını dəstəkləyə biləcəksənsə, dostum olacaqsan”.

Bütün xəbərlər Facebook səhifəmizdə