Xəbər verdiyimiz kimi, müğənni Mətanət Əsədovanın kişilərlə bir məclisdə oturub araq içdiyi yerdə çəkilən videosu yayılıb. SİA-nın məlumatına görə, soial şəbəkədə paylaşılan görüntüdə sənətçi olan yerdə əxlaqsız söyüşlər deyilir.

Əsədova “Hər şey daxil” verilişinə zəng edərək, videosu haqda danışıb. O bildirib ki, həmin görüntüləri çəkən şəxs polis olub: “El şənliyinə gedirdim, nə hala düşdüm. Bu necə ola bilər, necə edirlər? Toya da gecikdim, üstümə təcili yardım gəldi. Nə hala düşdüm Allah bilir. Elə videolar çəkib montaj edilir ki...

Biz el insanlarıyıq, məclislərdəyik, insanlar arasındayıq. Yarım saatlıq toy da ola bilər, bir kiçik qonaqlıq da... İçkilidir, özündən çıxa bilər, nəsə ağzından çıxar. İçki belədir də... Dəfələrlə deyildi ki, çəkmə. Sənin marağın nədir ki, çəkirsən?

Lazımi yerlərə müraciət edəcəm. Ona insan deməzdim... Polis işçisidir onu edən”.

Bütün xəbərlər Facebook səhifəmizdə