Son zamanlar barışıq etməyi ənənə halına çevirən əməkdar artist Röya Ayxan yeni barışığa imza atıb. SİA xəbər verir ki, sənətçi bu dəfə dörd il sonra müğənni Ramal İsrafilovla barışıb.

Barışıq addımını kimin atdığı bilinməsə də, Ayxan Ramaldan yeni bir mahnı da oxuyacağını “Instagram” səhifəsində elan edib.

O “Kimin belə sevgilisi var” adlı mahnının studiyadan olan kadrlarını şəxsi hesabında yerləşdirib və Ramal İsrafilovun bəstəsini oxuduğunu yazıb.

Ramal da öz səhifəsində mahnının tezliklə çıxacağını bildirib.

Qeyd edək ki, tərəflər arasındakı qalmaqala Mustafa Cecelinin Heydər Əliyev sarayındakı konserti zamanı Röyanın səhnəyə çıxaraq Ramalın “Gizli sevgi” mahnısını oxuması, ancaq onun müəllif olduğunu qeyd etməməsi səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...