Xuraman əri ilə yeni fotolarını paylaşdı

Müğənni Xuraman Şuşalı ailəsi ilə yeni fotolarını İnstaqram səhifəsində paylaşıb.

SİA-nın məlumatına görə, sənətçi həyat yoldaşı Elçin, övladları Məhəmməd Mehdi və Surənin yer aldığı şəklə "Yaxşı ki, varımsınız. Bütün sevənlər və sevilənlər bir-birinə daim sevgi ilə baxsınlar" sözlərini yazıb.

Bölgələrdə dincələn Şuşalı bildirib ki, övladlarına görə xaricə gedə bilmir. Buna görə də ifaçı sentyabrın 15-nə kimi Azərbaycanın rayonlarını gəzəcəyini söyləyib.


Bütün xəbərlər Facebook səhifəmizdə