"İcazə vermərəm..." Fatimədən xəbərdarlıq

“10-15 il əvvəl məni efirə çağırıb tənqid edirdilər. Qalırdım belə, çünki mənim bazam yox idi. Bəziləri isə arxamca deyirdi”. SİA-nın məlumatına görə, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “10-dan sonra” verilişində deyib.

Sənətçi onun ünvanına tənqidlər səsləndirənlərə xəbərdarlıq edib:

“20 ildir səhnədəyəm. Kiməsə icazə vermərəm ki, məni tənqid etsin. Desin ki, sən səhv etdin. Mən kiməsə deyə bilərəm ki, səhv etmisən.

Rəqsimi sevirəm, bu sənət böyük bir dəryadır. Məndə səhvi ancaq peşəkar müəllimlərim tuta bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...