İlqarə xeyli çəki atması ilə gündəmdən düşmür FOTO

Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə son günlər xeyli çəki atması ilə gündəmdən düşmür. SİA-nın məlumatına görə, ifaçı yeni şəkillərini İnstaqram səhifəsində yayımlayıb.

İlqarə paylaşımına “Bir neçə mən eyni anda” şərhini yazıb. İzləyiciləri ona necə arıqlaması ilə bağlı suallar ünvanlayıblar.

Qeyd edək ki, İlqarə bir müddət əvvəl anasının ad günündə köklüyü ilə hər kəsi təəccübləndirmişdi. O, daha sonra liposaksiya etdirib və pəhriz saxlamağa başlayıb.



Bütün xəbərlər Facebook səhifəmizdə

loading...