Xatirə bu restoranı biyabr etdi VİDEO

Müğənni Xatirə İslam paytaxtda yerləşən restoranların birindən şikayət edib. SİA-nın məlumatına görə, sənətçi bildirib ki, 3 manat 50 qəpiklik toyuq qrilini ona 20 manata satıblar.

Bu haqda şikayətini ifaçı "İnstagram" səhifəsində bildirib: "Azadlıq prospektində yerləşən “Bəyaz” kafedə iki balaca cücə sifariş etdik ki, evə aparaq. Həmin cücələrə görə, köməkçimdən 40 manat pul alıblar. Hamıya belədir, yoxsa məşhurlara belə qiymət deyirlər? Azərbaycanda pul bu qədər çoxdur ki, menyulara belə qiymət qoyulur? Məcburam bunu xalqımızla paylaşım. Buna nəzarət etmək lazımdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə